Bakı-Qazax yolunda dəhzətli qəza nəticəsind 4 nəfər ölüb, 4 nəfər yaralanıb

img

15-08-2009 [03:48]


Bu gün Bakı-Qazax-Gürcüstan yolunun 466-cı km-də dəhşətli qəza hədisəsi baş verib. Hüseyn Hüseynovun idarə etdiyi ?VAZ 2103? markalı, 12 BA 567 dövlət nömrə nişanlı avtomobillə Əmrahov İnayət Bəkir oğlunun idarə etdiyi ?Mitsubishi? markalı, H 016 686 nömrə nişanlı avtomobil toqquşub. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev Lent.az-ın Gəncəbasar müxbirinə bildirib ki, qəza nəticəsində Hüseyn Hüseynov, onun həyat yoldaşı Afət Hüseynova, digər sərnişinlər Namiq Pirvəliyev və Minəvvər Hüseynova dünyasını dəyişib. Əmrahov İnayət Bəkir oğlu, atası Əmrahov Bəkir Mədəd oğlu, eləcə də ?Mitsubishi? markalı avtomobildəki digər sərnişinlər Həsən Pirvəliyev, Ruhiyyə Hüseynova xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA