Bu gecə Salyanda "KamAZ"la "VAZ-2107" toqquzub

img

10-08-2009 [03:39]


Avqustun 10-da saat 01.50 radələrində Salyan rayonu ərazisində Lənkəran rayon sakini Zahid Əhədovun idarə etdiyi "KamAZ" markalı və Cəlilabad rayon sakini Hüseyn Hüseynovun idarə etidyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nəticədə H.Hüseynov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Bakı şəhər sakini Əli Həmidov isə xəstəxanaya yerləşdirilib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA