?GEN? MMC-nin məhkəməsində rüzvət ittihamları davam edir

img

27-08-2009 [07:36]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 377 nəfərdən 8 milyon manat almaqda ittiham olunan ?GEN? MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin növbəti məhkəməsi işinə baxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əvvəlki məhkəmələrdən fərqli olaraq bu dəfə cəmi 3 nəfər zərərçəkmiş iştirak edib. Daha sonra ?GEN? MMC-nin rəhbəri Elbrus Əliyev 2007-ci ildə ?Space? kanalında efirə gedən ?Azəri star? mahnı müsabiqəsinə təşkilatçılıq etdiyini məhkəmənin nəzərinə çatdırıb. Müsabiqənin rəhbəri olan Kamal Cenkdən Elbrus Əliyevə şirkətin reklam edilməsi ilə bağlı təklif gəlib. Aydın olub ki, Elbrus Əliyev ümumilikdə Kamal Cenkə heç bir müqavilə olmadan 3 dəfəyə 35 min dollar pul verib. Daha sonra adıçəkilən müsabiqənin qalibinə GEN MMC-də işləyən Kamran vasitəsilə evin açarı təqdim edilib. Lakin bu açar simvolik xarakter daşıyıb. Sonra ?Neapol? restoranında təşkil olunmuş ?Azəri star? yay festivalında da eyni ssenarı təkrarlanıb. E.Əliyevin sözlərinə görə, burada da eyni qaydada Kamal Cenkə qanunsuz olaraq 10 dollar pul verib: ?O cümlədən ?Space? kanalında 4 həftə şirkətin reklam olunması ilə bağlı 5 min dollar pul vermişəm?. Daha sonra Elbrus Əliyev ?Lider? kanalında yayımlanan ?Maşın-realiti şou? proqramının prodüsseri Fərid Dadaşov tərəfindən ona reklam təklifinin gəldiyini də deyib: ?Bir ay müddətinə ?Maşın-realiti şou? da reklam üçün Fərid Dadaşov vasitəsilə şounun aparıcısı Murad Dadaşova 40 min dollar pul verilib. Təbii ki, proqramla şirkət arasında heç bir müqavilə olmayıb?. Qeyd edək ki, istintaq zamanı dindirilən Fərid və Murad Dadaşovlar Elbrus Əliyevdən pul aldıqlarını etiraf ediblər. Onlar bildiriblər ki, Elbrus Əliyevdən pulu fiziki şəxs kimi alıblar. Elbrus Əliyev ?Eqzotiv? reklam agentliyinin prezidenti türkiyəli iş adamı Əzmi Bostanla da iş birliyinə girdiyini məhkəmənin nəzərinə çatdırıb. O, Əzmi Bostana ikiotaqlı ev verəcəyi təqdirdə onun reklam olunmasını istəyib: ?Türkiyəli iş adamı nağd olaraq mənə 20 min dollar ödədi, qalanın isə guya reklama xərclədiyini deyib. O, bir çox kanallarda, o cümlədən ?İctimai? kanalda qanunsuz olaraq GEN MMC tikinti şirkətini reklam edib. Bundan əlavə, onun müavini Həsən adlı şəxsə də 9 min dollar vermişəm?. Lakin istintaq zamanı məlum olub ki, türkiyəli iş adamı heç özü də tikinti şirkətinin reklam olunması üçün televizalara pul ödəməyib. Elbrus Əliyev şirkətin ?Lider? kanalında 1 il reklam olunması üçün orada yayımlanan ?Tikdim ki, izim qala? verlişinin təşkilatçısı Səadət xanımla qeyri-qanuni müqavilə bağlayıb: ?2007-ci ilin ortalarından 2008-ci ilə qədər isə Səadət xanımla heç bir müqaviləmiz olmadan bunu AZTV-də reklam edib. Buna görə, Səadət xanım 51 min dollar ödəmişəm?. Elburus Əliyev dindiriləndən sonra, ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərov məhkəmə qarşısında vəsatət qaldırıb. O, yuxarıda adları çəkilən şəxslərin, GEN MMC tikinti şirkətinin reklamı getmiş televiziya telekanallarının reklamlara cavabdeh olan və ?Birja? və ?ATV? jurnallarının məsuliyyətli şəxslərinin şahid qismində məhkəməyə çağrılıb dindirilməsini tələb etdi. Məhkəmə də öz növbəsində hüquq müdafiəçisinin vəsadətini qəbul etdi. Qeyd edək ki, hazırda bütün məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində ayrıca istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA