Azərbaycanda ən çox oğurlanan avtomobil ?Jiquli?dir

img

08-08-2009 [06:40]


Son illər respublikamızda avtomobil oğurluğu hallarının sayı xeyli artıb. Müstəqil İnformasiya Agentliyi Daxili İşlər Nazirliyinin statistikasına əsasən xəbər verir ki, 2007-ci ildə respublika ərazisində oğrular 100, 2008-ci ildə isə 185 avtomobili qaçırıblar. Bu ilin yanvar-iyun ayları ərzində isə oğruların qaçırdığı avtonəqliyyatın sayı 77 ədəd olub. DİN-in məlumtına görə, oğurlanın avtomobillərin əksəriyyətini Rusiya istehsalı olan ?VAZ? markalı ?Jiquli? avtomobiləri təşkil edir. Oğrular aradabir xarici markalı maşınlara da tamah slırlar. Xüsusilə son illər xarici markalardan olan bahalı avtomobillərin də qaçırılması hallarına tez-tez təsadüf olunur. DİN-in statistikasına görə 2005-ci ildən sonra qaçırılan avtomobillərin sıyahısına BMV, ?Mersedes?, ?Nissan?, ?Daewoo?, ?Hunday? kimi xarici markadan olan maşınlarda əlavə olunub. Avtomobil oğruları üçün ən münbit məkan isə təbii ki, Bakı şəhəridir. Maşın oğurluğuna görə sonrakı yerlərdə Gəncə, Yevlax, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, Bərdə, Zaqatala, Göygöl rayonları gəlir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA