Qaradağda iki cip toqquzdu, 5 nəfər öldü

img

22-09-2009 [11:53]


Bu gecə Bakıda 5 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Paytaxtın Qaradağ rayonu ərazisində, mərkəz istiqamətində hərəkət edən ?Toyota? və ?Mercedes? markalı iki cip toqquşub. Hadisə nəticəsində 4 nəfər yerindəcə, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Ümumilikdə isə 1 saylı şəhər xəstəxanasına yaralı halda 7 nəfər çatdırılıb. Ölənlərin hamısı ?Toyoto? markalı maşında olanlardır. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Xəstəxanaya aparılan yaralılardan bəziləri artıq evə buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA