?Mezə qardazları? Qamət Süleymanovu öldürmək istədiklərini təsdiqləyib

img

30-07-2009 [07:53]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə ?Meşə qardaşları? silahlı birləşməsi üzvlərinin məhkəmə prosesi keçirilib. Prosesin əvvəlində təqsirləndirilən Xalid Vəlimətovun ibtidai istintaqda verdiyi ifadə elan edildi. X.Vəlimətov ibtidai istintaqda verdiyi ifadəsində 2006-cı ildən ibadətlə məşğul olduğunu və ?Əbu-Bəkr? məscidinin imamı Qamət Süleymanovu qiyabi tanıdığını bildirib: ?Din qardaşlarımızla birgə DVD-də Qamət Süleymanovun xütbələrindən birinə baxdıq. Burada o, Sumqayıt və Quba camaatını xəvaric (yəni cəhənnəm köpəkləri) adlandırmışdı. Bundan sonra məndə ona qarşı nifrət hissi yarandı. Qaməti öldürmək qərarına gəldik. 2008-ci ilin mayında Bakıya gələrək məscidin həyətində Qamətin avtomobilini saxladığı otluq sahəyə baxış keçirdik. Bundan sonra hazırladığımız partlayıcı qurğunu aparıb avtomobilin həmişə dayandığı yerə qoydum. Axşama qədər gözlədik, amma Qamət gəlmədi. Sonra ətrafdakı dini dükanlardan öyrəndik ki, Qamət Azərbaycanda deyil?. Daha sonra prosesdə ?Əbu Bəkir? məscidin partladılmasına cəhdlə bağlı Xalid Vəlimətovun ifadələrini və hadisə yerində yoxlanılması ilə bağlı video görüntülər nümayiş etdirildi. Qeyd edək ki, dəstə üzvləri ötən il avqustun 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən və ?Əbu-Bəkr? adı ilə tanınan Cümə məscidində 2 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən partlayışda və digər ağır cinayətlərdə ittiham olunur. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılaraq, barəsində cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA