DGK əməkdazları Azərbaycana narkotik və siqaret keçirilməsinin qarzısı alınıb

img

03-08-2009 [05:58]


Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları bir neçə qanun pozuntusunun üstünü açıb. DGK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bakı-İstanbul aviyaryysi ilə uçmaq istəyən Kamboca Krallığı vətəndaşından narkotik vasitə götürülüb. Sak Makaraya məxsus olan 1 ədəd yaşıl rəngli, üzərində ?BLYSS? sözü əks olunan çamadana Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən, çamadanın astarının altında gizlədilən açıq sarı rəngli toz şəklində, kəskin iyə malik, xalis çəkisi 2395 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bundan əlavə aparılan ilkin araşdırma zamanı Sak Makaranın içərisində narkotik vasitə olan çamadanı Bakı şəhərində ?Sanni? adlı şəxsdən qəbul etdiyi və İstanbul şəhərində tranzit keçməklə Çinə aparmalı olduğu müəyyən olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əldə olunub saxlanılması, daşınması ilə məşğul olan ?Sanni? adlı şəxsin Nigyriya vətəndaşı Odeh Emmanuel olduğu müəyyənləşdirilib və o, saxlanılıb. Onun Bakı şəhərində yaşadığı mənzilə baxış keçirilərkən çəkisi 3992 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Astara Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana gələn Rusiya vətəndaşı İbrahimova Nazqaid Xəlil-İbrahimovnaya məxsus əl yüklərinə baxış keçirilib. Xalis çəkisi 710 qram olan narkotik vasitə tiryək və 3010 qram olan narkotik vasitə həşiş qətranı aşkar olunaraq götürülüb. İrandan respublikamıza gələn Azərbaycan vətəndaşı Nuriyev Fuad Boyli oğlunun üzərinə baxış keçirilərkən 112,010 qram narkotik vasitə olan heroin aşkar olunub. Astara Gömrük İdarəsində keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində sadələşdirilmiş viza keçidi qaydasında piyada yolla İrandan Azərbaycana gələn Azadə Şəkərova və onun oğlu Qədir Şəkərovdan 300,025 qram narkotik vasitə götürülüb. Astara Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana gələn Əsədullayev Şahmirzə Ağamirzə oğlunun idarə ytdiyi ?MAZ? markalı yük maşınına gömrük baxışı zamanı, yük maşınının qoşqusunun arxa sol tərəfində, boş ehtiyat təkərin içərisində yapışqanlı lentlə bir-birinə sarınmış formada, üst tərəfdən şəffaf rəngli polietilknlə, içəri tərəfdən gümüşü rəngli-falqalı kağıza sarınmış halda 3 ədəd yastı-kərpicvari formalı bağlamalarda ümumi xalis çəkisi 2500 qram narkotik vasitə olan həşiş qətranı aşkar olunaraq götürülüb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Moskva-Bakı aviaryysi ilə uçub-gələn Rusiya vətəndaşı Rüfət Hacıyyvə məxsus çantalara baxış keçirilən zaman hər birində 10 qutu olan 54 blok ?Kent Nanotek?, 50 blok ?Gold Marlboro Edge?, 7 blok ?Lucia? və 1 blok ?Kent HD? aksiz markası olmayan siqaretlər aşkar olunaraq protokol əsasında götürülüb. İrandan Azərbaycana gələn, İran vətəndaşı Məhəmmədi Əbülfəzl Hüsyen oğlu idarə etdiyi ?Reno? markalı sərnişin avtobusuna gömrük baxışı zamanı salonda, tavan hissədə, havalandırma sisteminin içərisində, sağ və sol tərəfdə bütün tavan boyu uzanan gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan 3 adda tütün məmulatları - 209 blok ?Marlboro?, 145 blok ESSE? və 335 blok ?PARLAMENT? adlı siqaretlər, ümumi sayı 689 blok tütün məmulatları aşkar olunub. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Bakı-İstanbul aviareysi ilə uçmaq istəyən Türkiyə Ryspublikasının vətəndaşları - Coşkuner Burak, Coşkuner Vaiz və Coşkuner Tekini yola salan Azərbaycan vətəndaşı Rauf Kərimova məxsus çantaya baxış keçirərkən Avstriya istehsalı olan 1 ədəd, üzərində Qlok-19 NBS932 sözləri əks olunan yivli tapança götürülüb. Bundan başqa 2 ədəd darağın hər birində 15 ədəd olmaqla, cəmi 30 ədəd Qlok-19 konstruksiyalı tapançalarda istifadə edilən 9 mm kalibrli patronlar aşkar olunaraq protokol əsasında götürülüb. Bütün faktlarla bağlı təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA