Daxili izlər Nazirliyinə də ?bomba qoyuldu?

img

09-07-2009 [02:14]


Son günlər yalançı ?bomba xəbərləri?nin sayı durmadan artır. Artıq bir gündə bir neçə belə hadisə qeydə alınır. Dünən isə 4 yalan məlumat qeydə alınıb. DİN-dən MIA-ya verilən məlumata görə, iyulun 8-də saat 11.41 radələrində naməlum şəxs 112 xidmətinə zəng edərək ?Qız qalası?na bomba qoyulması barədə məlumat verib. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayır. Görülmüş tədbirlər nəticəsində yalan məlumatın Neftçala rayon sakini Şaiq Məmmədov tərəfindən verilməsi müəyyən edilib. Ş.Məmmədov saxlanılıb. Həmin gün saat 11.23 radələrində naməlum şəxs 112 xidmətinə zəng edərək ?iş yerinizə bomba qoymuşam, qaçın? deyərək telefonu söndürüb. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb və təsdiqini tapmayıb. Görülmüş tədbirlər nəticəsində yalan məlumatın Sumqayıt şəhər sakini Vüsal Mustafayev tərəfindən verilməsi müəyyən edilib. V.Musayev saxlanılıb. İyulun 8-də saat 14.13 radələrində naməlum şəxs "102" Zəng Mərkəzinə zəng edərək metronun "Əzizbəyov" stansiyasına bomba qoyulması barədə məlumat verib. Tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb. Nizami RPİ və Xətai RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində yalan məlumatın Bakı şəhər sakini Xəqani Paşazadə tərəfindən verilməsi müəyyən edilib. X.Paşazadə saxlanılıb. İyulun 8-də saat 15.45 radələrində naməlum şəxs "102" Zəng Mərkəzinə zəng edərək maşın bazarına bomba qoyulması barədə məlumat verib. Bu məlumat da təsdiqini tapmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA