Vəkilləri Adnan Hacızadə və Emin Milli ilə görüzüblər

img

15-07-2009 [08:50]


Bu gün (15 iyul) vəkil İsaxan Aşurov Bakı İstintaq Təcridxanasında OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadə ilə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) İ. Aşurovun özü məlumat verib. Vəkili Adnan Hacızadənin səhhətinin normal olduğunu və saxlanma şəraitindən şikayət etmədiyini bildirib. Vəkil Elton Quliyev də bu gün Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi ?Alumni Network? Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) ilə görüşüb. RATİ-yə bu barədə məlumat verən vəkil bildirib ki, Emin Millin səhhətindən və saxlanma şəraitindən şikayət etməyib və ədalətli istintaq aparılacağına ümid etdiyini vurğulayıb. Adnan Hacızadənin atası, politoloq Hikmət Hacızadə isə RATİ-yə bildirib ki, oğluna ailə üzvləri ilə görüşə icazə verilmir: ?Oğlumla görüşmək üçün işi aparan müstəntiq Ziya Əliyevə rəsmi məktub göndərsəm də, hələ bir cavab yoxdur.? Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda ?Lebonese? (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi ?xuliqanlıq? maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Hazırda hər iki gənc hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA