Elariz Məmmədoğlu maliyyə problemi ilə üzləzib

img

08-07-2009 [03:42]


Müğənni Elariz Məmmədoğlu bu yay istirahətdən əməlli-başlı məhrum olub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən sənətçi bunu maliyyə problemi ilə əlaqələndirib: ?Mən bu yay demək olar ki, istirahət etməyəcəyəm. Bunun səbəbi maliyyə çətinliyi ilə bağlıdır. Açığı, nə vaxtsa maliyyə böhranı ilə üzləşəcəyimi heç özüm də bilməzdim. Amma bir halda ki, bütün dünya maliyyə böhranı ilə üz-üzədir, deməli, bu, sənət adamlarına da təsirsiz ötüşməyib?. Bundan təəssüflənən Elariz bütün yayı Bakıda olacağını da bildirdi. Onun sözlərinə görə, maliyyə böhranı yaradıcılığına da təsir edib: ?Hazırda bəstəkar Elza İbrahimovanın mahnıları üzərində işləyirəm. Bu mahnı köhnə musiqilərdən biridir. İstədim ki, onu yeni oranjimanda təqdim edim. Açığını deyim ki, mahnı klipsiz çox pis görünər. Düzdür, gərək bu mahnıya mütləq klip ekranlaşdıram. Amma maliyyə sıxıntısı bütün sənət adamlarını kliplərdən uzaq salıb. Klip bazarı demək olar ki, ölü bir durumdadır. İnanmıram ki, maliyyə böhranı qaydasına düşməyincə, hansısa sənət adamı klip çəkdirsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq