Füzulidə mina partladı, bir nəfər yaralandı

img

17-06-2009 [02:17]


Füzuli rayonu Alxanlı kəndi yaxınlığında mina hadisəsi baş verib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, gecə vaxtı əraziyə daxil olan iki tırtıllı traktordan biri ərazini şumlayarkən tank əleyhinə minaya düşüb. Digər traktor isə şumlama zamanı 1 ədəd tank əleyhinə minanı üzə çıxarıb. Partlayış zamanı bir nəfər yüngül xəsarət alsa da, digərləri zərər çəkmədən ərazini tərk ediblər. Hadisə yerinə gələn ANAMA-nın əməkdaşları şumlanan ərazidə müharibə dövründə tank əleyhinə minaların basdırıldığı zolaq aşkar ediblər. Əraziyə baxış zamanı 6 ədəd tank əleyhinə minanın olduğu aşkarlanıb, hazırda onların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür. Cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən bu ərazilərin minalı olması barədə əhaliyə indiyədək dəfələrlə xəbərdarlıq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA