Yol qəzalarında 5 nəfər həlak oldu

img

08-06-2009 [06:22]


Nəsimi rayonu M.Qaşqay küçəsində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə üç nəfər xəsarət alaraq xəstəxanaya düşüb. Qobustan rayonu ərazisində Şəki şəhər sakini Qalib İdrisovun idarə etdiyi "Nissan" və Bakı şəhər sakini Tahir Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə T.Məmmədovun sərnişini, qardaşı Elgün hadisə yerində ölüb, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilib. Göyçay rayonu Bərgüşad kəndi ərazisində, kənd sakini Eynulla Usubov idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla həmkəndlisi Ağahüseyn Abulovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Abulov orada ölüb. Ağcabədi rayonu Qaravəlli kəndi ərazisində, kənd sakini Rəfi Rəsulovun idarə etdiyi "ZİL" markalı və Qiyamadınlı kənd sakini Əlvan Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toşşuşub. Nəticədə Ə.Məmmədovun sərnişini, oğlu Sərvan hadisə yerində ölüb, digər sərnişini, anası Əskinaz isə xəstəxanaya yerləşdirilib. Abşeron rayonu Masazır qəsəbəsində baş vermiş yol qəzasında bir nəfər xəsarət alıb, sürücülərdən biri hadisə yerindən qaçıb. Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisində "VAZ-2106" markalı avtomaşının ağaca çırpılması nəticəsində bir nəfər ölüb, bir nəfə yaralanıb. Gəncə şəhəri ərazisində, Bərdə rayon sakini Aqşin Abdullayevin idarə etdiyi "VAZ-21099" markalı, Goranboy rayon sakini Əvəz Aslanovun idarə etdiyi "VAZ-21011" markalı və sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş yük avtomaşınları toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, xəsarət almış sərnişini, Bakı sakini Elgiz Kasayev, habelə hadisə yerinin yaxınlığında olan Goranboy rayon sakini Habil Qasımov isə xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA