Oğurluqla məzğul olan 12 nəfər həbs olundu

img

16-06-2009 [02:03]


Qobustan qəsəbəsi ərazisində Pirsaat Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə məxsus 400 metr uzunluğunda dəmir borular kəsilərək oğurlanıb. Qaradağ RPİ 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Kəlbəcər rayon sakini Elməddin Ələkbərov və Füzuli rayon sakini Saleh İsrafilov tutulublar. Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları Naxçıvanski küçəsində Xırdadan şəhər sakini Nəzakət Musayevanın çantasından 160 manatını açıq yolla talamış Yevlax rayon sakini Vidadi Bəkirovu həbs ediblər. Lənkəran şəhəri Göyşaban kənd sakini Adil Talıbova məxsus mağazadan isə 35 qutu tütün məmulatı və ərzaq məhsulları oğurlanıb. Lənkəran ŞPİ-nin əməkdaşları oğurluğu törətmiş Nərimanabad-2 qəsəbə sakini Nəsib Mustafayevi yaxalayıblar. Qusar polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə C.Hörmətovun və A.Əzizovun evlərindən oğurluq etmiş rayon sakini Tahir Azayev tutulub. Kəpəz RPŞ-nin əməkdaşları E.Qasımovanın mənzilindən oğurluq etmiş Gülüstan qəsəbəsi sakini Üşvi Novruzovu yaxalayıblar. Gəncə şəhəri ərazisində isə şəhər sakini Elçin Həsənova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılıb. Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Goranboy rayon sakini Radil Novruzov, Gəncə şəhər sakinləri İlqar Cəlilov, Hafiz İsgəndərov, Elvin Qarayev və Aqil Paşayev tutulubar. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı Notariat Kontorundan oğurluq etmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əbülfət Abdullayev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA