Yol qəzasında sürücünün ata-anası həlak oldu

img

18-06-2009 [04:48]


Kürdəmir rayonu Muğanlı qəsəbəsi ərazisində Göyçay rayon sakini Rövşən Abdullayevin idarə etdiyi ?QAZ-2410? markalı və Bakı şəhər sakini Vahid Mərdanovun idarə etdiyi ?KİA? markalı avtomaşınlar toqquşublar. Nəticədə V.Mərdanovun sərnişinləri, atası İbrahim, anası Şahnigar, habelə Rövşən Abdullayevin sərnişini, həmyerlisi Müşfiq Babayev hadisə yerində ölüb, xəsarət almış hər iki sürücü isə xəstəxanaya yerləşdiriliblər. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır. Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində Laçın rayon sakini Fazil Ağayevin idarə etdiyi ?VAZ-2106? markalı və Sumqayıt şəhər sakini Rövşən Mustafayevin idarə etdiyi ?VAZ-2102? markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış R.Mustafayevin sərnişinləri, arvadı Elza, oğlu Rəvan və anası Məlahət xəstəxanaya yerləşdiriliblər. Elzaya və Rəvana ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA