Azərbaycana gətirilən ədəbiyyat ciddi ictimai təhlükə kəsb edirmiz

img

04-06-2009 [04:01]


Bir müddət əvvəl ?Yahova Şahidləri? Dini İcmasının Azərbaycana gətirdiyi ədəbiyyat müsadirə olunub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza Şöbəsinin rəyinə sasən, onun ölkə ərazisində yayılması qadağan edilib. Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyevanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, müsadirə olunmuş ədəbiyyatda ictimaiyyət üçün ciddi təhlükəli məqamlar mövcuddur: ?Həmin ədəbiyyatda dinlərin çox vaxt insanların irəliləyişinə mane olduğu, nifrət və müharibələrə yol açdığı, Bibliya istisna olmaqla, digər müqəddəs kitablarda elmi nöqteyi-nəzərdən uydurma, qeyri-dəqiq məlumatların, aşkar yalanların yer aldığı fikirlər əks olunub. Bundan başqa, orada dünyada mövcud olan bütün millətlərin, dövlət başçılarının Yahovanın təyin etdiyi hökmdara itaət etməməsi qınanır. Dünya dinlərinə itaət edənlərin milli ayrıseçkiliyi salıb, bir-birilə müharibə aparması sübut kimi göstərilərək, bu dinlərin doğru olmadığı iddia edilir. İnsan ölümündən sonra Axirətdə əzab çəkməsini vurğulayan dinlər şeytan inanclı adlandırılır. Xristian dünyasının Milad bayramını qeyd etməsinin düzgün olmadığı da bildirilir?. Y.Əliyeva bu tipli icmaların dünyanın bütün ölkələrində çox geniş fəaliyyət göstərdiyini, buna görə də bu cür ədəbiyyatların dünyanın müxtəlif ölkələrindən gətirildiyini və müxtəlif dillərdə yayıldığını bildirib: ?Komitəmiz hər an belə halların qarşısını almağa çalışır və ölkəmizdə qeyri-qanuni ədəbiyyatın yayılmasına qarşı mübarizə aparır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA