Telefon terrorçuluğunda ittiham olunan məktəblinin məhkəməsi bazlayıb

img

13-05-2009 [03:40]


Ağır Cinayətlərə Dair İlər üzrə Məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə telefon terrorçuluğunda ittiham olunan məktəblinin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Bakı şəhər sakini Orxan İsa oğlu Musazadə cavab verir. Orxan Musazadə Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, təqsirləndirilən 9-cu sinif şagirdi Orxan Musazadə Bakı Metropoleteninə və məktəblərə bomba qoyulması ilə bağlı polisə dəfələrlə yalan məlumat verib. Polis apardığı araşdırmalardan sonra məlum olub ki, bomba qoyulması ilə bağlı verilən xəbər yalandır. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin istintaq qrupu araşdırma aparıb və polisə yalan məlumat verən şəxsin Orxan Musazadə olması müəyyənləşib. İş üzrə məhkəmə baxışı mayın 18-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA