Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baz verib

img

27-05-2009 [01:43]


Bu gün Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, mayın 27-də saat 03.55 radələrində Binəqədi rayonu Azadlıq prospektində Xırdalan şəhər sakini Ramin Əliyevin idarə etdiyi "Mercedes" markalı, Bakı şəhər sakinləri Novruz Mustafayevin idarə etdiyi "Mitsubishi" markalı və Əli Nağıyevin idarə etdiyi "QAZ-3110" markalı avtomaşınlar toqquşub. Sonradan "QAZ-3110" markalı avtomaşında yanğın baş verib. Nəticədə xəsarət almış R.Əliyev və sərnişinləri, Bakı şəhər sakinləri Əli Bayramov, Rüfət Qazıyev, Emin Rzayev və onun qardaşı Elçin xəstəxanaya yerləşdiriliblər. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA