Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüzüb

img

16-05-2009 [08:54]


Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Zakir Qaralov bu səfərin Azərbaycanın hüquq ictimaiyyəti üçün böyük maraq doğurduğunu diqqətə çatdırıb. Baş prokuror prokurorluq orqanlarında yeniləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, eyni zamanda, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, ?İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında? Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında ciddi öyrənilməsi, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə ətraflı məlumat verib. Hasan Gerçəkər təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. O, səfər müddətində Azərbaycanda keçirdiyi görüşlərdən söhbət açaraq, ölkələrimiz arasında iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və xalqlarımızın bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi qeyd edib. Görüşdə ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlığının perspektivlərinə dair, həmçinin tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin hüquq mühafizə orqanlarının səmərəli münasibətlərinin davamı kimi Azərbaycan və Türkiyə prokurorluqları arasında ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsinin və daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA