Aministiya aktının icrası davam etdirilir

img

14-05-2009 [04:39]


Milli Məclisin ?Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında? qərarının icrası davam etdirilir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun sözlərinə görə, Amistiya aktının icrasına başlanılan gündən indiyədək 2 676 məhkum azadlığa buraxılıb: ?İndiyədək cəzasının bitməsinə 6 ay qalmış, azyaşlı övladları olan və amnistiya şamil olunan məhkumların azadlığa buraxılması tam başa çatıb. Cəzaçəkmə müəssisələrindən 1587, Penitensiar Xidmətin xüsusi müəssisələrindən 1089 nəfər azadlığa buraxılıb. Həmçinin, cəza müddətinin başa çatmasına 3 ildən az qalmış məhkumların cəza müddətlərinin yarıbayarı azaldılması prosesi də məhkəmələr tərəfindən həyata keçirilməkdədir. 29 nəfər məhkumun cəzası azaldılıb?. M.Sadıqovun qənaətinə görə, amnistiya aktının icrası dörd aydan tez başa çatacaq. Qeyd edək ki, sonuncu amnistiya aktının təsiri altına təxminən 9 min şəxs düşür. 1995-ci ildən indiyədək 80 minə yaxın şəxsə amnistiya aktı şamil olunub. 45 əfv fərmanı ilə ümumilikdə 4858 nəfər əfv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA