Salyanda qardaz ruhi xəstə olan qardazını qətlə yetirib

img

13-05-2009 [03:32]


Salyan rayonunda qardaş qardaşını qətlə yetirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 12-də saat 15.15 radələrində Salyan rayonunun Sarvan kəndində, kənd sakini Müzəffər Səfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşı, ruhi xəstə İlqara xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ. Səfərov orada ölüb. Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M. Səfərov tutulub, ondan 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Salyan rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA