Nardaranda yanacaqdoldurma məntəqəsinə basqın edilib

img

12-05-2009 [03:20]


Bu gecə saat 3.30 radələrində üç naməlum şəxs Bakının Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edib. Basqınçılar Abşeron küçəsində yerləşən ?Halal? yanacaqdoldurma məntəqəsinin operatoru Mirqubad Abbasova zor tətbiq edərək ondan pul tələb ediblər. Naməlum şəxslər operatorda seyfin açarı olmadığından pul aparmağa nail olmayıblar. Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Nazim Əhmədov ANS PRESS-ə faktı təsdiqləyib: ?Basqınçılar yanacaqdoldurma məntəqəsinə soxularaq operatora təzyiq göstərərək pul tələb ediblər. Operatorda seyfin açarı olmadığından pul aparmaq mümkün olmayıb. Hələlik faktla bağlı saxlanılan yoxdur, ancaq basqınçıların üç nəfər olduğu və ağ rəngli ?VAZ-2107? markalı avtomobildə gəldikləri məlumdur?. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA