iki yol qəzasında 4 nəfər yaralandı

img

20-05-2009 [04:37]


Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Taleh Dadaşov idarə etdiyi ?Mercedes? markalı avtomaşını maneəyə vurub. Nəticədə xəsarət almış T.Dadaşov və sərnişinləri, Zığ qəsəbəsi sakini Qoşqar Əliyev və Yeni Günəşli qəsəbəsi sakini Müşfiq Hacıyev xəstəxanaya yerləşdiriliblər. Nəsimi rayonu M.Cəfərov küçəsində isə İmişli rayon sakini Elşən Aslanov idarə etdiyi ?VAZ-2107? markalı avtomaşınla Zaqatala rayon sakini Camaləddin Ağayevi vurduqdan sonra qaçmağa cəhd göstərərkən saxlanılıb. Xəsarət almış C.Ağayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA