Polis idarələrində ?uzaq polisi otaqları? yaradılır

img

04-05-2009 [02:34]


Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov Müstəqil İnofrmasiya Agentliyinə bildirib ki, rəsmi orqanlar yetkinlik yaşına çatmayanların avaralıq və dilənçiliyə, əxlaqsız həyat tərzinə, qeyri-qanuni qulluğa, cəmiyyətə zidd digər əməllərə cəlb edilməsinin qarşısının alınması üçün öz fəaliyyətlərini gücləndirməlidirlər. Onun sözlərinə görə, sadalanan məsələlərlə bağlı çoxlu qanunsuzluqlar müşahidə edilməkdədir. Daxili İşlər Nazirliyindən verilən məlumatda isə bildirilib ki, polis yetkinlik yaşına çatmayanların qanunazidd əməllərə cəlb edilməsinə qarşı ciddi mübarizə aparır. Nazirliyin məlumatına görə, təkcə ötən il həmin məsələlərlə bağlı 3 minə yaxın reyd və yoxlama keçirilib. Bir il ərzində müxtəlif qanun pozuntularına, nəzarətsizliyə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 4300 şəxs gətirilib. Onlardan 963 nəfər avaralıq və dilənçilik edən azyaşlılar olub. 1064 nəfər isə uşaqları qanunazidd fəaliyyətə cəlb edən, cəmiyyətə zidd həyat tərzi keçirən şəxslərdir. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. DİN-in məlumtına görə, yetikinlik yaşına çatmayanlar arasında hüquqpozmaların qarşısının alınması metodlarının təkmilləşdirilməsi məqsədilə paytaxtın Nərimanov, Xətai, Nizami rayon Polis idarələrində ?uşaq polisi otaqları? yaradılıb. Belə yerlər digər polis idarələrində də yaradılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA