Sabirabad rayon sakini həmyerlisini ürəyindən bıçaqlayıb

img

18-04-2009 [04:09]


Sabirabad rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Həsənov həmyerlisi Qüdrət Haqverdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirib. Hadisə ötən axşam saat 20:00 radələrində rayonun Səməd Vurğun küçəsində baş verib. Qüdrət Haqverdiyev xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Çingiz Həsənov artıq tutulub. Rayon Prokurorluğunda Ç. Həsənovun barəsində Azərbaycan Cinayət Məcələsinin 120.1-ci (qədən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA