Daz karxanasına hücum olub

img

26-04-2009 [03:58]


[b]İşçilər arasında xəsarət alanlar var [/b] Dünən axşam saatlarında Bakının Qaradağ rayonunda yerləşən daş karxanalarından birinə hücum olub. Bu barədə rusdilli vesti.az portalı Qaradağ rayonundakı mənbəsinə istinadən məlumat yayıb. Vesti.az-ın yazdığına görə, daş karxanası İbrahim Ağayev adlı iş adamına məxsusdur. Obyektə hücum edənlər isə Bakının rayonlarından birinin bələdiyyə üzvü və onun yaxınlarıdır. Daş karxanasının işçiləri arasında xəsarət alanlar var. Yaralananlardan bir nəfərin - daş karxanasının işçisi 23 yaşlı Sabit Vəliyevin ağır kəllə-beyin travması alaraq Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət etdiyi bildirilir. Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin araşdırma apardığı da verilən məlumatlar arasındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA