Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baz verib

img

23-04-2009 [05:00]


Nizami rayonu Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Nizami rayonu Babək prospektində müəyyən edilməmiş avtomaşınla Hövsan qəsəbə sakini Elnur Məmmədov vurulub. Nəticədə E.Məmmədov hadisə yerində ölüb. Faktla bağlı Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Ölümlə nəticələnən digər yol qəzası isə Bakının Mürsəlov küçəsində qeydə alınıb. Belə ki, Seyidov Nurlan Siyafər oğlu idarə etdiyi ?Mazda? markalı 85 CC 848 dövlət nömrə nişanlı maşınla piyada, 1963-cü il təvəllüdlü Quliyev Elman Allahverən oğlunu vurub. Nəticədə Quliyev Elman hadisə yerində dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA