Akademiyadakı hadisə üzərində etnik separatizm meylləri yaratmaq cəhdi var

img

06-05-2009 [05:53]


Aprelin 30-da Neft Akademiyasinda (ADNA) baş vermiş qanlı hadisənin motivləri müəyyənləşmədikcə, bu istiqamətdə hər gün yeni versiyalar səslənir. Sadalanan versiyalar sırasında isə hələlik hadisənin arxasında siyasi amillərin durduğunu göstərən ehtimallar üstünlük təşkil edir. Ona görə də, istər-istəməz, belə bir sual ortaya çıxır: görəsən, siyasilərimiz ölkədə belə bir qanlı hadisənin ola biləcəyini gözləyirlərmiş? Məsələn, konfliktoloq Arif Yunus ?Bizim Yol?un srağagünkü sayına açıqlamasında hələ ötən ildən Azərbaycanda terror aktlarının olacağını gözlədiyini deyib. O, fikrini belə əsaslandırıb ki, hakimiyyətlə cəmiyyət arasında boşluq yarandığından, bu boşluğu radikal təmayüllü qüvvələr tutub. Kiçik araşırımalarımızdan sonra müəyyənləşdirdik ki, ADNA-dakı hadisədən təxminən 10-15 gün əvvəl Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü də ölkə mətbuatında ?Prezidenti necə qorumalı?? sərlövhəli geniş analitik məqalə ilə çıxış edib və yaxın vaxtlarda ölkədə terror-təxribat fəaliyyətlərinə əl atıla biləcəyi ehtimalını irəli sürüb. Həmin məqalədən sitat: ?? İlham Əliyevin vəziyyətə nəzarət edə bilmədiyi, sabitliyin pozulma təhlükəsinin olduğu fikirini yaratmaq üçün indiyədək ölkə daxilində yetişdirilən bəzi qüvvələrin əliylə sabotajlara, hətta terror-təxribat hərəkətlərinə də stimul veriləcək?. Maraqlıdır ki, E.Şükürlü məqaləsində təhlükələrin mənbəyi kim daha çox ABŞ və Qərb dövlətlərini göstərib. E.Şükürlü ilə əlaqə saxlayıb, ADNA-da baş vermiş hadisənin motivləri barədə fikirlərini öyrəndik. O, MiA-ya acıqlamasında bunları dedi: ?Mən yazdıqlarımda qalıram. Bütün detallar göstərir bu, əvvəlcədən planlaşdırılmış və daha çox da ölkə rəhbərliyinə xəbərdarlıq məqsədi daşıyan bir cinayət hadisəsidir. Hakimiyyət də bunu bildiyindən, dərhal reaksiya verdi və ajiotaj, kütləvi xof yaranmasın deyə hadisənin miqyasını kiçiltməyə çalışdı. Məncə, bu, doğru addım idi. Çünki bu hadisənin terror kimi qiymətləndirilməsi çoxsaylı suallara, böyük hay-küyə və proseslərə yol açacaqdı. Fikir verdinizsə, hətta bu hadisə üzərində müxalifəti aktivləşdirmək təşəbbüsləri və hakimiyyətin istefasını tələb etmək şüarları da səsləndi?. E.Şükürlünün sözlərinə görə, qətliamda xüsusi xidmət orqanlarının əlinin olmasını təsdiqləyən daha bir mühüm amil şayiə və məlumatlarla diqqətin yayındırılmasıdır: ?Məncə, meyitin üzərinə atılan pasport və sonra da kürd faktorunun qabardılması diqqətin yayındırılmasına hesablanıb. Araşdırmaq lazımdır ki, Fərdanın kürd olduğunu ilk dəfə mətbuata kim ötürüb. Görünür, bu hadisə üzərində etnik separatizim meylləri yaratmaq istəyi də olub. Kimlərsə indi də türk-kürd söhbəti salmaq, bu dalğa altında yeni təfriqə ocağı alovlandırmaq istəyir?. E.Şükürlü hadisənin araxasında Rusiyanın durması versiyasına da inanmır: ?Əksinə, mən düşünürəm ki, bu işdə daha çox Qərb ölkələrinin xüsusi xidmət orqanlarının əli var. Çünki bu dəqiqə prezident İlham Əliyevə məhz Qərb ölkələri təzyiq edrilər ki, Dağlıq Qarabağla bağlı sülh sazişini imzalasın. O isə bu sazişin milli maraqlarımıza zidd olduğunu görüb imzalamır, vaxt udmağa çalışır. Görünür, bu kimi hadisələrlə prezidenti geri çəkilməyə məcbur etmək istəyirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA