Sabir Rüstəmxanlını ölümlə hədələyən Nardaran sakinlərinə hökm oxunub

img

21-04-2009 [04:37]


[b]Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyev 1 il müddətinə azadlıqdan məhrum ediliblər[/b] Sabunçu rayon Məhkəməsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlını ölümlə hədələməkdə təqsiriləndirilən Nardaran qəsəbəsinin sakinlərinə hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim Yusif Kərimovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyev 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ittiham olunublar. Qeyd edək ki, yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinqdə kənd ağsaqqalı kimi adı çəkilən Hacı Əli Hüseynov çıxış edərkən VHP sədri Sabir Rüstəmxanlını terrorla hədələyib, Hacı Hikmət adlı şəxsin Sabir Rüstəmxanlının başına 50 min manat pul qoyduğunu, onu öldürənin bu mükafata sahib olacağını bəyan edib. Hacı Əli Hüseynov yanvarın 24-də, Hacı Hikmət Vəliyev isə fevralın 2-də həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA