Ölkədə ölümlə nəticələnən bir sıra yol qəzaları baz verib

img

11-04-2009 [09:45]


Gəncənin Nizami rayonundakı N.Nərimanov küçəsində, Gəncə şəhər sakini Mehdi Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Nəticədə sərnişini, Gəncə şəhər sakini Elyar Qasımov hadisə yerində ölüb. Qaxın Baydarlı kəndində, Zaqatala rayon sakini Mahir Aslanovun idarə etdiyi "VAZ-2107" markalı və İmişli rayon sakini Mirəli Mürsəlovun idarə etdiyi "Qazel" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Aslanov və sərnişini, həmyerlisi Rauf Əliyev hadisə yerində ölüblər. Xəsarət alan M.Mürsəlov, sərnişinləri olan Zaqatala rayon sakinləri Bayram Vanatiyev və Vüqar Əliyev isə xəstəxanaya yerləşdirilib. Kürdəmirin Ərəbxana kənd sakini Təbriz Vəliyevin idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini Fərasət Abdullayevin idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşub. Nəticədə T.Vəliyev hadisə yerində ölüb. Xətai rayonu, M.Hadi küçəsində, Bakı şəhər sakini Elşad Dadaşov "Opel" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Valeri Hacıağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən V.Hacıağayev orada ölüb. Sumqayıt şəhərində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Xasay Eyvazov vurulub. Qəza zamanı xəsarət alan X.Eyvazov xəstəxanaya yerləşdirilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən "Kamaz" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Əlimusa Baxşəliyev tutulub. Xaçmazın Həsənqala kəndində, Qaradağ-Buduq kənd sakini Mehman Quliyev "BMW" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Nəticədə sərnişinləri, Qaradağ-Buduq kənd sakinləri Şahsəddin Rəhimov və Salman Üzeyirov hadisə yerində ölüb, xəsarət alan M.Quliyev isə xəstəxanaya yerləşdirilib. Füzulinin Şükürbəyli kəndində, Kərimbəyli kənd sakini Məmmədqulu Bədəlovun idarə etdiyi "MTZ-80" markalı traktor aşıb. Nəticədə M.Bədəlov hadisə yerində ölüb. Biləsuvarın Köhnə Əmənd kəndində, kənd sakini Rəşad Zülfüqarov "VAZ-21011" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış kənd sakini Şirinəli Məmmədova məxsus "MTZ-80" markalı traktora vurub. Qəza zamanı R.Zülfüqarov hadisə yerində ölüb. Tərtərin Küçərli kəndində, Ağdam rayon sakini Bəxtiyar Abdullayev "VAZ-2106" markalı avtomaşını idarə edərkən həmyerlisi Validə Baxşəliyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən V.Baxşəliyeva orada ölüb. Xızının Yeni Yaşma kəndində, Sabirabad rayon sakini Mikayıl Abbasov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu elektrik dirəyinə vurub. Qəza zamanı M.Abbasov hadisə yerində ölüb. Nərimanov rayonu, Z.Bünyadov prospektində Abşeron rayon sakini Ruslan Abbasov "Mercedes" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Müslümat Baklarovanı vurub. Nəticədə xəsarət alan M.Baklarova xəstəxanaya aparılarkən yolda ölüb. Nəsimi rayonu, M.Mirqasımov küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Nina Sandrikova vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən N.Sandrikova orada ölüb. Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "Nissan" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Səidə Sadıqova tutulub. Xətai rayonu, M.Hadi küçəsində Hövsan qəsəbə sakini Faiq Ağayev "Mercedes" markalı avtomaşını idarə edərkən 45-50 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən həmin kişi orada ölüb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır. Sabunçu rayonu, Nardaran qəsəbəsində, qəsəbə sakini Etibar Fərəcov "ZİL-131" markalı avtomaşını idarə edərkən həmyerlisi Əliyulla Əliyevi vurub. Nəticədə Ə.Əliyev hadisə yerində ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA