Ombudsman Fərhad Əliyevlə görüzüb

img

13-04-2009 [10:55]


[b]Bu gün Ombudsman Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 sayı cəzaçəkmə və qurumun müalicə müəssisələrinə baxış keçirib. [/b] Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova 2 saylı müəssisədə məhkumlarla görüşüb, onların yaxın qohumları ilə söhbət edib və suallarını cavablandırıb. Burada saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də görüşüb. Görüş zamanı F. Əliyev saxlanma şəraiti, ona qarşı rəftarla bağlı narazılığının olmadığını bildirib. Sabiq iqtisadi inkişaf naziri Ombudsmandan səhhəti ilə əlaqədar özünün istədiyi həkimi tərəfindən müayinə olunmasına köməklik etməsini də xahiş edib. Ombudsman Penitensiar Xidmətin Müalicə Müəssisənin rəisi və baş həkimi ilə də görüşüb, oradakı şəraitlə maraqlanıb. Ombudsman məhkumların müraciətlərinə uyğun müvafiq tədbirlərin görülməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyinə müraciət edəcəyini və bu məsələdə yardımçı olacağını da bildirib. Bununla yanaşı, Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində və Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında da olublar. Müəssisələrə baxış zamanı məhbuslarla görüşüblər, onların saxlanma şəraiti ilə maraqlanıblar. Bəzi məhkumlar barələrində çıxarılan məhkəmə qərarlarından narazı olduqlarını bildiriblər. Aparatın əməkdaşları Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında istintaq altında olan 3 şəxslə də görüşüblər. LENT.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA