Deputat Əhəd Əhmədov atəzə tutulub?

img

01-05-2009 [01:14]


[b]Ermənilərlə təmas nöqtəsində atəşə tutulan millət vəkili salamat qurtardıqları üçün qurban kəsib[/b] Deputat Əhəd Əhmədov ?Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqrammı? çərivəsində Haramı düzündə əkilmiş 54 min hektarlıq əkin sahəsinə baxış keçirən zaman təhlükəli vəziyyətlə üzləşib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə İmişli bölgə müxbirindən məlumat daxil olub. Məlumata görə, deputat Əhəd Əhmədovun sürücüsü Haramıdakı böyük əkin sahəsində yolu azaraq işğalçı Ermənistan qoşunlarının təmas nöqtəsinə yaxınlaşıb. Maraqlı burasıdır ki, Azərbaycan Ordusunun əsgərləri də deputatın maşınını ATƏT-in müşahidəçilərilə səhv salaraq, onları dayandırmayıblar: ?Təmas nöqtəsində az qalmış isə onlar yolu səhv saldıqlarının fərqində olublar və dərhal geriyə qayıtmaq istəyiblər. Bu zaman isə erməni hərbçiləri arxadan deputatın maşınını atəşə tutublar. Xoşbəxtlikdən nə deputat, nə sürücüsü, nə də avtomobilə xəsarət dəyməyib?. Bölgə müxbirimiz bildirib ki, hadisədən dərhal sonra İmişliyə dönən deputat qurban kəsib, paylayıb. Məsələyə münasibəti bildirən deputat isə bu xəbəri təkzib edib: ?Bu xəbər kökündən yanlışdır. Mənim ermənilərlə təmas xəttində nə işim var??. İnformasiyanın təkrar yalan olduğunu iddia edən Əhəd Əhmədov qurban kəsdiyini təsdiqləyib: ?Amma bunun həmin hadisəylə əlaqəsi yoxdur. Qurbanı İsmayıl qurbanlığı ilə əlaqədar kəsmişəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA