Nəsimidə iki dələduzluq faktı qeydə alınıb

img

11-04-2009 [03:03]


Bakı sakini Zahid Dadaşov dələduzluqla üzləşib. O, hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, ötən ilin sentyabrında M.Qaşqay küçəsindçə yaşayan 1974-cü il təvəllüdlü Röya Nəbiyeva onu işə düzəltmək adı ilə 3 min dollar alıb. Sonradan R.Nəbiyeva pulu mənimsəyib. Zərərçəkən pulunu geri almaq üçün bir neçə dəfə cəhd etsə də, heç bir nəticəsi olmayıb. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırma aparılır. Sözügedən Polis İdarəsinin 21-ci polis bölməsinin təhqiqatçıları apardıqları araşdırma zamanı Şərifzadə küçəsində yaşayan 1973-cü il təvəllüdlü Aydın Rəfiyevin dələduzluqla məşğul olması müəyyən edilib. Məlumata görə, bir neçə gün öncə A.Şaiq küçəsində yaşayan 1960-cı il təvəllüdlü Tahir Rəfiyev polisə müraciət edərək A.Rəfiyevin onu aldadaraq pulunu mənimsədiyini bildirib. Araşdırma zamanı məlum olubu ki, A.Rəfiyev ötən ilin mart ayında T.Rəfiyevin evinin sənədlərini qaydasına saldırmaq üçün ondan 7 min dollur alıb. Lakin sonradan verdiyi sözə əməl etməyib. Araşdırma zamanı A.Rəfiyevin daha bir dələduzluq əməli də üzə çıxıb. Məlum olub ki, ötən ilin iyul ayında A.Rəfiyev Tobçubaşov küçəsində yerləşən və 1977-ci il təvəllüdlü Ramil Babaşovun satıcı işlədiyi mağazadan min dollarlıq ərzaq məsulları götürərək mənimsəiyib. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA