Ramil Usubov Fərda Qədirovun psixoloji cəhətdən normal olmadığını bildirib

img

09-05-2009 [12:55]


?Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən cinayət hadisəsi ilə bağlı istintaq gedir, geniş araşdırmalara başlanılıb?. Bu sözləri daxil İşlər naziri Ramil Usubov 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı olayla bağlı açıqlama verərkən deyib. R.Usubov deyib ki, cinayətdə əlavə şəxslərin iştirak edib-etməməsi məsələsi olubsa, bu, istintaqın gedişi zamanı müəyyənləşəcək. Nazirin sözlərinə görə, hadisəni törədən Fərda Qədirov əslən Gürcüstandan olduğu üçün istintaq zamanı Gürcüstan tərəfi də Azərbaycana müəyyən yardım göstərir. DİN rəhbəri hazırda cinayət işinin motivi ilə bağlı araşdırmaların aparıldığını bildirib: ?Hadisənin motivi araşdırılır. Dəqiq məlumat istintaqdan sonra məlum olacaq. Amma görünür ki, Fərda Qədirov psixoloji cəhətdən normal olmayıb?. Nazir hadəisənin terror faktı olub-olmamasına da münasibət bildirib. Cinayət işi ilə bağlı araşdırmaların davam etdiyini vurğulayan R.Usubov ?Hadisənin terror olub-olmamasını istintaq müəyyənləşdirəcək?- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA