Səbail rayonunda yanğın baz verib

img

30-03-2009 [06:20]


Səbail rayon 20-ci sahədə rayonun təcili yardım stansiyasına məxsus istifadə edilməyən binada yanğın baş verib. Hadisə yerinə Səbail rayon Bibiheybət Neft-Qaz Çıxarma idarəsi üzrə 48 saylı yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər. Məlumata görə, yanğın boş otaqlardan birində baş verib və yaxınlıqdakı işıq dirəyinə də keçib. Yanğınsöndürmə xidmətinin əməkdaşları yanğının qarşısını alaraq ətraf ərazilərə yayılmasına imkan verməyiblər. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA