Rusiyadan Gürcüstana İŞİD damğası: “Orada məşq edirlər...”

img

26-01-2016 [14:46]


"İŞİD-in Gürcüstanın Pankisi dərəsində məşq düşərgələrinin olması mümkündür”. 

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. 

"İndi bizə İŞİD yaraqlılarının bu əlçatmaz yerlərdə məşq etmək, dincəlmək və ehtiyatlarını doldurmaq üçün istifadə etdiklərinə dair məlumatlar çatır”, -deyə Lavrov qeyd edib.

Lavrovun sözlərinə görə, Pankisi dərəsində terror təhlükəsi məhv olmayıb. Bu isə Rusiyanı Gürcüstanla viza rejimini sərtləşdirməyə məcbur edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA