Putin: "Suriyanın daxili işlərinə qarışmırıq”

img

25-01-2016 [18:20]


"Rusiya Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyil”.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladmir Putin Şimali Qafqaz Federal Universitetində tələbələrlə görüşü zamanı deyib.

O, Rusiyanın Suriya və regionun digər ölkələri qarşısında duran problemlərin həlli zamanı dövlət quruluşuna müdaxilə etməyi planlaşdırmadığını açıqlayıb: "Bizim yeganə vəzifəmiz Suriya xalqına, ölkənin legitim rəhbərliyinə kömək etmək, terrorizmlə mübarizə aparmaq və Suriya ərazisində terrorçuları zərərsizləşdirməkdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA