"Kadırov anlayır ki, Putində hansı qəzəb və şoku yaradıb" - Sobçak

img

24-01-2016 [14:17]


Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovu Boris Nemtsovun ölümünə görə cəzalandıracaq. 
 
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında jurnalist Kseniya Sobçak söyləyib. Onun sözlərinə görə, heç bir şey Kadırovun xilasına yardım etməyəcək:
 
"Ramzan Əhmədoviç Putinin necə düşündüyünü bilir. O başa düşür ki, Nemtsovun öldüyü gündən sonra ona təqdim edilən orden heç bir şeydir. O yaxşı anlayır ki, Putin qərarları heç vaxt təzyiq altında qəbul etmir. Kadırov anlayır ki, Nemtsovun ölümü Putində hansı qəzəb və şoku yaradıb. Qeremeyevin sakitcə işdən çıxarılması, Bastırkinin cinayətin açıldığını elan etməsi Kadırov üçün pis işarədir və qarşıda çox ciddi şeylərin olacağını söyləyir. Cavab Kadırovun, ictimaiyyətin gözləmədiyi anda olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA