Putin Lenini ittiham etdi: "Rusiyanın altına bomba qoyub"

img

21-01-2016 [22:55]


Rusiya prezidenti Vladimir Putin Vladimir Leninin fəaliyyətinin nəticələrini və ideyalarını tənqid edib. Onun sözlərinə görə, məhz bu fəaliyyət Rusiyanın "altına bomba qoyub”.

Virtualaz.org "İnterfaks"a istinadən bildirir ki, Putin o zaman inqilaba ehtiyacın olmadığını deyib.

Bununla da Putin Kurçatov İnstitutunun direktoru Mixail Kovalçuka cavab verib.

Xatırladaq ki, Kovalçuk elm və təhsil şurasının iclasında Pasternakın Oktyabr inqilabını təhlil edən və Lenindən söz açılan poemasından sitat gətirib. Putin bildirib ki,"düşüncənin doğru nəticələrə gətirməsinə çalışmaq lazımdır. Lenində isə nəticə fərqli olub".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA