Putin Qətər əmirinə şahin hədiyyə etdi (VİDEO)

img

21-01-2016 [13:32]


Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Tamim ben Hamad Əl Taniyə şahin hədiyyə edib.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Qətərin Al Dawri telekanalı bildirib. Televiziyanın yaydığı məlumata görə, Rusiya prezidenti Qətən əmirinə yırtıcı quşu onun Moskvaya səfəri zamanı təqdim edib. 

Rusiya lideriylə görüş çərçivəsində şeyx Tamim ben Hamad Əl Taniyə vurğulayıb ki, iki ölkə arasında münasibətləri inkişaf etdirmək istəyir. Əmirin sözlərinə görə, Qətər Yaxın Şərqdə bəzi ölkələrin sabitliyi ilə bağlı olan problemlərin həllərini axtarmaq niyyətindədir.

"Əlbəttə, biz Rusiya ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edəcəyik. Hazırki vəziyyətdən bizim regionumuz əziyyət çəkir. Dünyada sabitliyin bərqərar edilməsi məsələsində Rusiyanın rolu əsasdır. Biz Rusiyayla münasibətləri inkişaf etdirməyi və problemlərin həllini tapmağı çox istəyirik", — deyə Qətərin əmiri bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA