Daha 2 erməni “donuz qripi”ndən öldü

img

18-01-2016 [16:37]


Ermənistanda H1N1 virusundan ("donuz qripi”) daha 2 ölüm halı qeydə alınıb.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ölən şəxslər yanvarın 9-da ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Onlar ağciyərin süni ventilyasiyası aparatına qoşulublar.

Son məlumatlara görə, daha 7 nəfər ağır vəziyyətdə süni ventilyasiya aparatına aparatına qoşularaq müalicə alır.

Qeyd edək ki, Ermənistanda H1N1 virusundan ölənlərin sayı 16 nəfərə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA