Amerikalı əsgərlər oğurlandı - Dövlət Departamenti məlumat yaydı

img

18-01-2016 [11:05]


İraqın paytaxtı Bağdadda naməlum şəxslər 3 ABŞ hərbiçisini oğurlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Əl-Ərəbiyə» kanalı məlumat yayıb.

Məlumata görə, Bağdadın cənubunda baş verən insidentdə hərbiçilərin yanında olan tərcüməçi də yoxa çıxıb. 

ABŞ Dövlət Departamenti məsələ ilə bağlı məlumat yayıb.

Departamentdən bildiriblər ki, ABŞ İraq hökuməti ilə birgə amerikalı hərbiçilərin tapılıb azad edilməsi üçün təcili tədbirlər görür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA