"Putin bütün xuliqanlar kimi hər şeyi özünə götürməyə çalışır" - Klinton

img

18-01-2016 [10:52]


Amerika prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinə toxunub.

Mia.az modern.az-a istinadən bildirir ki, NBC telekanalına müsahibəsi zamanı Klinton prezident seçilərsə, Rusiya ilə münasibətləri yenidən canlandıracağını deyib: "Rusiya ilə münasibətlərin gələcəyi onların mənə verəcəyi cavabdan asılıdır. Mən dövlət katibi olarkən Rusiya ilə İranın nüvə proqramının məhdudlaşdırılmasına aid əməkdaşlıq aparmışdıq".

Klinton Putinlə münasibətlərinin hörmətə dayanan sərt münasibətlər kimi xarakterizə edib: "Bütün xuliqanlar kimi, o da hər şeyi özünə götürməyə çalışır, siz onu dayandırmayana qədər".

Bundan öncə, Hillari Klintonun ABŞ prezidenti olmuş həyat yoldaşı Bill Klintonun 2000-ci ildə Putin haqda xoş fikirlər səsləndirdiyi stenoqramı dərc olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA