"Onun atası Eqor Qaydarı şəxsən tanıyırdım" - Saakaşvili

img

17-01-2016 [15:51]


Mariya Qaydar Mixail Saakaşvilinin rəsmi müavini elan olunub.

Mia.az ANS-ə istinadən xəbər verir ki, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessa dövlət administrasiyasının sədr müavini vəzifəsinə öz müşaviri Mariya Qaydarı təyin edib.

"Mariya Rusiyanın Putin rejimi ilə mübarizə aparan ən parlaq siyasi liderlərindən biridir. O, iqtisadçıdır, Moskva Xalq Təsərrüfatı Akademiyasında və Harvard Universitetində təhsil alıb. Mən onun atası Eqor Qaydarı şəxsən tanıyırdım və hörmət edirdim.

Mariya Ukrayna vətəndaşlığı alması barədə Ukrayna prezidentinin adına ərizə verib. O, Rusiya vətəndaşlığından imtina edib",
 - deyə, Mixail Saakaşvili öz "Twitter" səhifəsində paylaşıb.

Mariya Qaydar özü jurnalistlərə açıqlamasında bildirib ki, Odessadakı uğurlu dəyişikliklər bütün dünyadakı vəziyyətə təsir edəcək.

"Mən istəyirəm ki, ukraynalılar bilsinlər ki, rus xalqı təkcə hökumətdən ibarət deyil, oradakı insanlar sizin ölkənizə ümidlə baxır", - deyə, o, əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA