Sultanahmet Meydanında güclü partlayış - 10 ölü, 15 yaralı

img

12-01-2016 [14:19]


Türkiyənin Sultanahmet Meydanında güclü partlayış olub.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlər və yaralananların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım və polis əməkdaşları cəlb olunub. Ölənlərin sayının 10 nəfər olduğu təxmin edilir.

Hadisə şahidləri partlayışa canlı bombanın səbəb olduğunu deyiblər.

Rusiya mətbuatı isə yaralılar arasında alman turistlərin də olduğunu yazır. 

Yaralılar arasında polislər də var. Partlayış xəbərinin yayılmasından sonra hadisə yerinə gedən polis maşını qəzaya düşüb. Aşan avtomobildəki polislər yüngül yaralanıblar, maşın isə vətəndaşların yardımı ilə qaldırılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA