"Səhv buraxacağı təqdirdə, məhv ediləcək" - Pakistanlı general İranı təhdid etdi

img

11-01-2016 [11:50]


"Pakistan Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə təhlükə yaradacaq istənilən təhdidə qarşı dərhal reaksiya verəcək".

Bunu Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Rahil Şərif "Reşet Bet” radiosuna müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Pakistan Səudiyyə Ərəbistanının regiondakı terrorizm və ekstremizmlə mübarizəsini dəstəkləyir. General İranın Səudiyyə Ərəbistanına qarşı səhv buraxacağı təqdirdə məhv ediləcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pakistanın əsas müttəfiqlərindən biridir.

Ər-Riyad Pakistanın nüvə proqramının əsas maliyyəçisidir. Bəzi mənbələr Səudiyyə Ərəbistanının müharibəyə başlayacağı təqdirdə Pakistandan nüvə arsenalı ala biləcəyini bildirirlər(Axar.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA