11-01-2016 [10:05]
Saleh MƏMMƏDOV,
Sabiq maliyyə naziri, professor
Hələ Sovet İttifaqı dağılan ərəfədə bir məsələ qaldırmışdım: dünyanın, xüsusilə ABŞ və Avropanın reytinqi yüksək olan universitetlərində Azərbaycan üçün dövlət hesabına və dövlət müqavilələri ilə kadr hazırlığı həyata keçirmək və həm də 5-10 nəfər deyil, hər ildə 500-1000 nəfər olmaq şərtilə.
Bu fikir də öz ölkəmizin təcrübəsi əsasında meydana gəlmişdir. Sovet dövründə rəhmətlik H. Əliyevin SSRİ-nin qabaqcıl ali məktəblərində müsabiqədənkənar yetişdirməyə göndərdiyi, sonralar rəhmətlik Ə. Elçibəyin Türkiyə universitetlərinə göndərdiyi tələbələr ölkənin inkişafında çox böyük rol oynamışdı və indi də ciddi təsir etməkdə davam edirlər.
Amma nə Rusiya, nə də Türkiyə universitetləri Azərbaycan universitütlərindən o qədər də böyük dərəcədə fərqlənmir. Böyük fərqlər ABŞ, Avropa, Yaponiya, İsrail, Çin univetsitetləri ilə müqayisədə nəzərə çarpır. Doğrusu, aglı, zəkası, intelektual səviyyəsi ilə çox daha yüksəkdə duran yeni Təhsil nazirindən bu istiqamətdə ciddi addımlar gözləyirdik, amma hələ ki, görmürük. Mənə elə gəlir ki, Azərbaycam ictimaiyyətində çox yox, 100 nəfər Harvard məzunu olsa idi, ölkə heç vaxt bugünkü böhranı yaşamazdı.
İndi ölkənin sürətli inkişafını təmin etmək istəyiriksə, Təhsil Nazirliyimiz dünyanın reytinq cədvəlində ilk yeri tutan ABŞ universitetləri, İngiltərə, Yaponiya, İsrail, Çin universitetləri ilə bibaşa müqavilə bağlamalı, əməkdaşlıq qurmalı və hər il dünyanın ən nəhəng elm və təhsil mərkəzlərində tam dövlət hesabına ildə 1000 nəfərə yaxın yüksək səviyyəli mütəxəssis yetişdirməyə başlamalıdı.
Bu, təqribən illik 300 milyon dollarlıq büdcə tələb edir. Xüsusilə bu gün üçün çətinlik verə bilər. Tom Petersin bir kəlamını xatırlatmaq istəyirəm: "İşiniz yaxşı gedəndə təhsil məsrəflərini iki dəfə artırın, pis gedəndə 4 dəfə artırın". Təəssüflər olsun ki, işimiz yaxşı gedəndə iki dəfə artırmamışıq, indi - pis gedəndə çox daha yüksək templə artırmaliyiq.
Alimlər hesablamışdılar ki, elm və təhsilə qoyulan investisiyalar həttə ən çox geri dönüşüm verən investisiyalardan (məsələn, neft, qaz, qızıl) da 4 dəfə çox gəlir gətirir. Həm də hər hansı riskə məruz deyil, işğal, böhran, təbii fəlakətlər və s. nəticəsində məhv edilə biıməz. Oğurlana və israf oluna bilməz.
Bir dəfə Aristotel bir zəngin iş adamının qızıl, mal, varidatla dolu gəmisi ilə gedirlərmiş, gəmi qəza nəticəsində batır, bunlar paltarsız üzüb çətinliklə özlərini xilas edirlər, quruya çıxanda iş adamı ağlayır, "nə üçün” sualına "hər şeyi itirdim”-deyə cavab verir, bu zaman Aristotel deyir ki, "mən isə hər şeyi xilas etdim, nəyim varsa, özümlədir”.
Bəzi, alimlər iddia irəli sürürlər ki, Neft Fondunu, valyuta rezervlərini gələcək nəslə saxlamaq lazımdı. Doğru da deyirlər, amma mahiyyət deyil, formada ən optimal yolu tuta bilmirlər. Mənim fikrimcə, gələcək nəslə 100 milyard manat saxlamaqdansa, 100 yaxşı alim yetişdirib versən çox daha böyük səmərəsi olacaq. Zaman gələr, 100 alimdən yalnız biri o qədər mənfəət gətirə bilər.
Beləliklə, təhsil nazirliyimizə təklifim:
1. Dünyanın və elmin ən yüksək inkişaf etmiş, reytinqi ən yüksək olan universitetləri ilə müqavilə bağlayaraq, hər bir universitetdə 100-ə yaxın tələbə yerləşdirmək və onların təhsilini uzunmüddətli təhsil kreditləri formasında dövlət təminatına götürmək və Respublikada təyinat əsasında işlə məcburi təmin etmək. Bu universitetlər sırasına Harvard, Stenford və MİT (ABŞ), Oksford və Kembric (Böyük Britaniya), Reyn-Vestfal texniki universitet - Aaxen (Almaniya), Tokio universiteti (Yaponiya), İuressalim yəhudi universiteti (İsrail), Sinqapur milli universiteti (Sinqapur), Pekin universiteti (Chin), Seul milli universiteti (Koreya Respublikası). Bu universitetlər yüksək inkişaf etmiş ölkələrin və bütövlükdə dünyanın ən qabaqcıl universitetləridi. Kadrlar elmə, biliyə yiyələnməklə bərabər, bu universitetlərdə inkişaf etmiş ölkələrin və millətlərin unikal inkişaf təcrübələrini də öyrənəcəklər.
2. Bu universitetlərə daxil olmaq üçün çox ciddi seçim olmalıdır, bura ən güclü qeyri-adi istedada malik gənclərdən bir neçə mərhələdən ibarət seçki prosesi keçməli və dövlət hesabına iki il hazırlıq mərhələsi keçməlidi. 9-cu sinifin sonuna qədər artıq bir neçə mərhələdən ibarət seçim keçdikdən sonra 10-cu sinifdən başlayaraq xüsusi hazırlıq keçməli və artıq 11-ci sinifin başlanığıcında universitet və ixtisaslar müəyyənləşdirilməli, qəbul imtahanlarına başlanmalıdır (SAT, GMT, TOYFL və s.).
3. Hazırlıq prosesi orta təhsilin sonuna qədər davam etdirilməli, bu məqsəd üçün dövlət ixtisaslar üzrə baza universitetləri təyin etməli və tender əsasında hazırlıq kurslarını müəyyənləşdirməli və maliyyələşdirməlidi (məsələn, Araz kursları və ya Xəzər, Qafqaz universitetləri, digər qurumlar və s. tenderin iştirakçıları ola bilər. Yalnız korrupsiyanın dərinliklərinə varmış universitet və məktəblərdən çox uzaq durmaq lazımdı. Həm də çalışmaq lazımdır ki, onlayn hazırlığa üstünlük verilsin. İxtisaslaşma bütün sahələri əhatə etməlidi, xüsusi ilə, iqtisadiyyat, fəza mühəndisliyi, kompyuter mühəndisliyi, nano texnalogiyalar, tibb, dövlət idarəçiliyi, psixologiya və s. üstünlük təşkil etməlidir.
4. Həmçinin, bu universitetlərlə, kadr mübadiləsinə və pofessor müəllim heyətinin yenidən hazırlığına və ixtisas artırmaya xüsusi diqqət yetirmək lazımdır. Bu iş bu gün çox bərbad vəziyyətdədi. Sovetin olduqca geridə olmasına baxmayaraq, hər 3-5 ildən bir ixtisası artırma keçməyən müəllimi dərsə buraxmırdılar. Bu ğün ali məktəb müəllimlərinin 90%-dən çoxu bu kursları keçmir. Mənə elə gəlir ki, həmin universitetlərlə bu məsələ barəsində də danışıqlara başlamaq olar. İndi, texnika və internetin köməyi ilə əksəriyyət məsələləri onlayn həll etmək olar.
Hesab edirəm ki, bu tədbirlər bu gün ölkəmiz üçün olduqca vacibdir və tezliklə vətənimizi geridə qalmış kasıb ölkələr qrupundan ayırıb yüksək inkişaf etmiş ölkələr siyahısına daxil etmək imkanı verəcək.
Bakıda zəlzələ oldu (Yenilənib)
AzTV-nin həyətində söküntü başlayıb - Radionun beşmərtəbəli binasının yerində yeni bina tikiləcək
"Beşiktaş" yeni hücumçusu ilə müqavilə imzaladı
"Fənərbağça" "İnter"ə "yox" dedi - 17 milyonluq təklif geri çevrildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
Joze Mourinyo: "Bizim tək məqsədimiz var, o da qazanmaqdır"
Zelenski: "Putinlə görüş Türkiyədə də ola bilər"
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb (Yenilənib)
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb