Rusiya Ermənistana hərbi təyyarələr göndərir

img

05-01-2016 [17:40]


Rusiyanın Ermənistandakı Erebuni aviabazasına ilin ikinci yarısında "MiQ-29" çoxhədəfli yüngül qırıcıları gətiriləcək.

Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb. "2016-ci ilin ikinci yarısında Rusiyanın Ermənistan Respublikasında yerləşən Erebuni bazasına dördüncü nəsil "MiQ-29" çoxhədəfli yüngül qırıcıları və 1 ədəd "Mi-8" nəqliyyat vertolyotu gətiriləcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri dekabrın 8-i və 21-i Ermənistandakı bazaya hərbi və nəqliyyat helikopterləri göndərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA