Türkiyə İranla Səudiyyə Ərəbistana səslləndi: "Təhdid dilindən əl çəkin!"

img

05-01-2016 [14:42]


"Türkiyə Səudiyyə Ərəbistanının İrandakı diplomatik və konsulluq missiyalarına edilən hücumlardan narahatdır”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Diplomatik və Konsulluq Münasibətlərinə dair Vyana Konvensiyasına əsasən diplomatik və konsulluq xidmətləri üzrə binalar tam toxunulmazdır və qəbul edən ölkə bu missiyaların təhlükəsizliyini təmin etməyə borcludur: "Bu baxımdan Tehran və Məşhəddəki Səudiyyə Ərəbistanı diplomatik missiyalarına hücumlar qəbuledilməzdir. Türkiyə iki ölkə arasında gərginliyin bölgədə təhlükəsizlik, stabillik və sülhə mənfi təsir etməməsini və ölkələrin tez bir zamanda təhdid dilindən əl çəkərək diplomatik dillə danışmalarını və irəlini düşünərək hərəkət etmələrini istəyir”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA