Kremldən gözlənilməz qərar: Türkmənistandan təbii qaz alışını dayandırdı

img

04-01-2016 [16:51]


"Qazprom” Türkmənistandan təbii qaz alışını dayandırdı.

Bu barədə informasiyanı "Türkmənqaz” dövlət konserninin mətbuat xidməti yayıb. "Türkmənqaz” buna əsas səbəb kimi beynəlxalq qaz bazarında dəyişən şəraiti və "Qazprom”la yaranan maliyyə problemlərinin göstərib. 

Qeyd edək ki, 2008-ci ilə qədər Rusiya Türkmənistan qazının əsas alıcısı idi. O zaman Türkmənistan Rusiyaya illik 50 milyard kub metr qaz verirdi. Böhrandan sonra onun həcmi 10 milyard kub metrə qədər azaldı. 2015-ci ildə isə Rusiyaya verilən qazın həcmi 4 milyard kub metr təşkil etdi(Axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA