Mosulun İŞİD-dən geri alınması - İraqlı nazir kömək istədi

img

29-12-2015 [22:17]


"İraq ordusunun Mosulu İŞİD-dən geri alması üçün kürdlərin köməyinə ehtiyacı var".

Axar.az xəbər verir ki, bunu İraqın Maliyyə naziri Hoşyar Zəbari deyib.

O qeyd edib ki, İraq ordusu Mosulu İŞİD-dən geri almaq üçün hazırlıqlara başlayıb: "Bu hərbi əməliyyatlar çox çətin olacaq. Kürdlərin dəstəyinə böyük ehtiyacımız var. Mosul əməliyyatı dəqiq planlaşdırılmalıdır və mühüm şəxslər burada iştirak etməlidir. Peşmərgə mühüm qüvvədir və onlar olmadan Mosulu ələ keçirməyimiz mümkünsüzdür”.

Zəbari onu da əlavə edib ki, peşmərgə ilə yanaşı, sünni və şiə qüvvələrinin də əməliyyatlarda iştirak etməsi vacibdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA